Şənbə , 2 İyul 2022
Home » Region » Türkiyənin vitse-prezidenti: “Yanğınları söndürmək üçün bütün imkanlarımızdan istifadə edirik”

Türkiyənin vitse-prezidenti: “Yanğınları söndürmək üçün bütün imkanlarımızdan istifadə edirik”

“Bu gün yanğını söndürəcəyimizə və hadisənin keçmişdə qalacağına ümid edirəm. Hazırda bütün imkanlarımızdan istifadə edir, koordinasiyalı davranırıq”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə və Şimali Kiprdəki yanğınlarla bağlı jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, küləyin sürətində, hava şəraitində hansısa dəyişiklik olmaz. Yanğınlarla bağlı iki ehtimal var: ya təxribat, ya da insan etinasızlığı. Sabotajların qarşısının alınması vəzifəmizdir. Amma insanlarımız da diqqətli olmalı, laqeyd davranmamalıdırlar. Bu, birlikdə qarşısını ala biləcəyimiz problemdir”, – o söyləyib.

Check Also

Ərdoğan Yunanıstanın Baş nazirinə xəbərdarlıq edib: “Özünə çəki-düzən ver”

“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə …