Çərşənbə axşamı , 18 Fevral 2025
Drone Cameras

Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub

Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, diplomatın gələn ay Bakıya gələcəyi və fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.

Check Also

Türkiyədə 51 əyalətdə PKK ilə əlaqədə şübhəli bilinən 282 nəfər saxlanılıb

Türkiyənin 51 əyalətində PKK terror qruplaşmasına qarşı beş gündür davam edən “GÜRZ-46” antiterror əməliyyatı nəticəsində …