Cümə , 2 Dekabr 2022
Home » Region » Ukrayna hərbçiləri ötən gecə Rusiyanın İran istehsalı 5 dronunu məhv edib

Ukrayna hərbçiləri ötən gecə Rusiyanın İran istehsalı 5 dronunu məhv edib

Oktyabrın 2-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Nikolayev vilayətinə hücum edən İran istehsalı olan 5 ədəd “Shahed-136” kamikadze-dronunu məhv edib.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bildirilib ki, ümumilikdə oktyabrın 2-nə keçən gecə işğalçılar 7 “Shahed-136” ilə vilayətə hücum ediblər. Onlardan 5-i Odessa zenit-raket briqadası və Xerson zenit-raket briqadasının hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, “The Washington Post” nəşri artıq avqust ayında Rusiyanın İrandan dronların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə artıq İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.

Bundan sonra Ukrayna Silahlı Qüvvələri dəfələrlə İran PUA-larını məhv edib. Belə ki, sentyabrın 28-nə olan məlumata görə, Ukraynanın hava hücumundan müdafiəsi artıq 22 kamikadze-dronunu vurub.

Check Also

Bayden Putinlə danışığının yalnız bir şərtlə mümkün olduğunu bildirib

ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə danışıqları mümkün hesab edir, ancaq o şərtlə …