Cümə axşamı , 7 İyul 2022
Home » Region » Ukrayna Prezident Ofisi: “Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”

Ukrayna Prezident Ofisi: “Rusiya qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”

“Əgər Rusiya Ukraynada qalib gəlsə, üçüncü dünya müharibəsi başlayacaq”.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Çünki Rusiya dünyanın ikinci ordusuna sahib olduğunu sübut etmək istəyəcək. Rusiya uduzmasa, rus revanşizmi, rus şovinizmi daha da qabaracaq. Rusiya bizdən intiqam almaq istəyəcək. Beləliklə, növbəti dünya savaşı başlayacaq”, – o söyləyib.

M.Podolyakın sözlərinə görə, hazırda Rusiya Ukraynanın şərqinə kifayət qədər resurs toplayıb və hər şeyi riskə atıb: “Onlar heç olmasa bizim ərazimizin bir hissəini ələ keçirmək istəyirlər. Ona görə də şiddətli döyüşlər gedir”.

Check Also

Türkiyənin sabiq xarici işlər naziri vəfat edib

Türkiyənin keçmiş xarici işlər naziri İlter Türkmen vəfat edib. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, …