Bazar ertəsi , 26 Avqust 2019
Home » Cəmiyyət » Məhəmmədəli Qəribli medalla təltif edildi.

Məhəmmədəli Qəribli medalla təltif edildi.

Ukrayna Qarapapaq Türkləri Milli Şurası media təmsilçiləri və ictimai xadimləri medalla təltif edib.

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədov müxtəlif ölkələrdən olan ictimai xadimləri, KİV rəhbərləri və təmsilçilərini “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə təltif etmək barədə əmr imzalayıb. Bu barədə mətbuata UQTMŞ İnformasiya Departamentindən məlumat veriblər. UQTMŞ Rəyasət Heyəti Sədrinin müavini Vilayət Xəlilovun təqdimatı əsasında, Ukrayna ilə bağlı informasiyaların yayılmasında aktivlik göstərmiş, Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi barədə Ukraynanın dövlət maraqlarını qorumuş KİV rəhbərləri və təmsilçiləri, jurnalistlər, həmçinin ictimai xadimlərin”UQTMŞ 5 ili” yubiley medalı ilə kütləvi təltif etmək barədə qərar qəbul edilmişdir. Təltif edilənlərdən 23 nəfəri Azərbaycanın tanınmış KİV rəhbərləri, jurnalisti, media yazarları və ictimai xadimləridir. Medalların təqdim edilmə mərasimləri iki həftə ərsizdə UQTMŞ-nın səlahiyyətli nümayəndələri tərəfindən Kiyevdə, Vinniçada, Bakıda, Ankarda və Marneulidə təşkil ediləcək. UQTMŞ Sədrinin 012/(019) saylı, 05.0.2019 tarixli əmri ilə, “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə tanınmış jurnalist Məhəmmədəli Qəribli də təltif edilib.

Boyukmillet.com

Check Also

“Rəşadın cəsədi bir aya yaxın axtarıldı, mənə hücum edənlər niyə bir dəfə qapımızı açmadılar?” – VİDEOMÜSAHİBƏ

Avqustun 23-də pilot Rəşad Atakişiyevin anım mərasimi keçirilib. Mərasim R.Atakişiyevin yaşadığı binanın həyətində (Bakı şəhəri, …