Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Andrey Sibiqa Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişini geri çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Ukrayna səfirləri və baş konsulları ilə görüş keçirdiyini bildirib və bunu “çox səmimi və məzmunlu dialoq” adlandırıb.

A.Sibiqa qeyd edib ki, ilk kadr qərarları verilir, XİN strukturunda və səfirliklərin ştat cədvəlində dəyişikliklər planlaşdırılır.

Xatırladaq ki, Ukraynanın Gürcüstanda iki ildən artıqdır ki, səfiri yoxdur. 2022-ci ilin martında Ukrayna prezidenti Vladimir Zelenski səfir İqor Dolqovu geri çağırıb.

Check Also

Selçuk Bayraktar: Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək

Gələcəkdə TEKNOFEST bütün türk dünyasında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki …