Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Mədəniyyət » Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqlənib

Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqlənib

“Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi hazırdır, yaxın vaxtlarda təmir-yenidənqurma işlərinə başlanacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.

O bildirib ki, ev muzeyinin bərpası Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq: “Şuşada keçirilən Beynəlxalq Musiqi Festivalı 30 illik işğal dövründən sonra Mədəniyyət Nazirliyi ilə Şuşa Dövlət Qoruğunun ilk birgə tədbiridir. Bu tədbir hər il Şuşada keçiriləcək. Üzeyir Hacıbəylinin ev muzeyi hazır olduqdan sonra festivalı orada da keçirə bilərik”.

Günel Abbas

Check Also

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb. Bu barədə Xalq artistinin yaxınları məlumat …