Cümə axşamı , 30 İyul 2020
Home » Gündəm » “Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə start verildi.

“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə start verildi.

Düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilir.
Düşərgə iştirakçıları ilk olaraq Fəxri xiyabanda Azərbaycanın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoydular.
Sonra düşərgə iştirakçıları Şəhidlər xiyabanında və II Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoydular. Düşərgə iştirakçıları Türkiyə şəhidliyini də ziyarət etdikdən sonra Quba rayonunda təyin olunan düşərgə ərazisinə yola düşdülər.

Check Also

Jurnalist Əmrah Fəqanoğlu koronavirusdan vəfat etdi

İctimai Televiziyanın İnformasiya Departamentinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.Bu barədə …