Cümə axşamı , 18 Avqust 2022
Home » Qarabağ » Qarabağ » Vətən müharibəsi Kolumbiya mətbuatında

Vətən müharibəsi Kolumbiya mətbuatında

Kolumbiya mətbuatında Azərbaycanın Cənubi Qafqaz regionundakı geosiyasi və iqtisadi mövqeyi, 44 günlük müharibənin nəticələri və Latın Amerikası regionu ilə əlaqələr barədə danışılıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən  verilən məlumata görə, Kolumbiyanın aparıcı mətbu orqanlarından olan “La Republica” qəzetində respublikamızın bu ölkədəki səfiri Məmməd Talıbovla müsahibə əsasında Cənubi Qafqaz regionundakı geosiyasi durum, xüsusən 44 günlük müharibənin nəticələri, eləcə də ölkəmizin həyata keçirdiyi iri miqyaslı layihələr, Latın Amerikası regionu və Kolumbiya ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələri barədə yazı dərc olunub.

Yazıda Azərbaycanın coğrafi yerləşməsi, dövlət sərhədləri və qonşu Ermənistan tərəfindən məruz qaldığı təcavüz barədə məlumat verilir, 44 günlük müharibənin yekununda işğal edilmiş ərazilərini azad etməyə nail olduğu bildirilir və Rusiya və Türkiyənin iştirakı ilə əldə olunmuş atəşkəs razılaşması haqda danışılır.

Azərbaycan ərazisində yaradılmış azad iqtisadi zona və digər əlverişli biznes imkanları, ölkəmizin həyata keçirdiyi TAP, TANAP kimi irimiqyaslı layihələr və Kolumbiya ilə ticari-iqtisadi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq perspektivlərindən bəhs edilir.

Azərbaycanın Kolumbiya və ümumilikdə Latın Amerikası regionu ilə əlaqələrə xüsusi önəm verdiyi bildirilir, Kolumbiya tərəfi ilə bu günədək həyata keçirilmiş layihələr, bu xüsusda kolumbiyalı mütəxəssislər tərəfindən azərbaycanlı diplomatlara ispan dilinin tədris edilməsi, habelə Azərbaycanın 20-ə yaxın ali təhsil ocağında Qoşulmama Hərəkatı üzvü olaraq kolumbiyalı tələbələr üçün tam təqaüdlü proqramlar əsasında yaradılmış təhsil imkanları barədə məlumat verilir.

Check Also

Laçını tərk etməyə hazırlaşan ermənilər meşəyə od vurub – VİDEO

Bir neçə gündür ki, ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır. …