Bazar ertəsi , 25 Sentyabr 2023

“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəxslərə güzəştlər olacaq

“Vətən Müharibəsi Qəhrəmanı” adını almış şəxslər qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə edəcəklər”.

Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edən zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qanunlara dəyişikliklər ediləcək.

Check Also

Naxçıvanlılar Türkiyədən KÜTLƏVİ DEPORTASİYA OLUNUR – BU NƏDİ BELƏ?

İşsizlik səbəbindən vətəni tərk edən naxçıvanlılar, son ümid yeri bildikləri Türkiyədən kütləvi şəkildə geri qaytarılırlar. …