Çərşənbə axşamı , 2 Mart 2021
Home » Manşet » Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək

Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək

Vətən müharibəsində yaralanmış qazilərimizlə bağlı sosial dəstək işləri müharibədə xəsarət alaraq sağ ayağının bir hissəsi amputasiya olunmuş Rüstəmli Vüsal Tağı oğlunu və ailəsini (Lənkəran şəhəri) də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, nazirliyin əməkdaşları Vüsal Rüstəmlini ziyarət ediblər. Qazinin ailəsi 6 nəfərdən (özü, anası, qardaşı, həyat yoldaşı və iki azyaşlı övladı) ibarətdir. Onun atası vəfat edib.

Vüsala yaxın günlərdə əlillik dərəcəsi təyin olunacaq, birdəfəlik sığorta ödənişi, hər ay prezidentin aylıq təqaüdü və müavinətlə təmin ediləcək. Bu barədə ona və ailə üzvlərinə məlumat verilib.

Qazinin həyat yoldaşına aylıq əsasda ünvanlı sosial yardım ödənilir.

Vüsalın qardaşı marketdə işləyir. Anası üçün isə istəyinə uyğun olaraq özünüməşğulluq proqramı çərçivəsində broyler inkubatoru sahəsi üzrə təsərrüfat yaradılacaq.

Check Also

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi …