Cümə , 2 Dekabr 2022
Home » Dünya » Vətən müharibəsi şəhidinin büstünün açılışı olub

Vətən müharibəsi şəhidinin büstünün açılışı olub

Cəlilabadda Vətən müharibəsi qəhrəmanı şəhid Rəşad Abdullayevin büstünün açılış mərasimi olub.

Boyukmillet.com xəbər verir ki, büst şəhidin adını daşıyan Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbin həyətində qoyulub.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün, müstəqilliyimizin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayevin adını daşıyan məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Qeyd edək ki, kapitan Rəşad Abdullayev 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub.

O, 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Check Also

Regionda təxribata əl atan ölkə qarşısında Türkiyə-Azərbaycan Vahid Ordusunu görəcək! – ŞƏRH

Azərbaycan Türkiyənin bütün sahələrdə olduğu kimi hərbi sahədə də tərəfdaşıdır. İndiyədək iki ölkə arasında hərbi …