Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Manşet » Vətən müharibəsi şəhidinin qızı Şuşaya şəxsiyyət vəsiqəsi verildi

Vətən müharibəsi şəhidinin qızı Şuşaya şəxsiyyət vəsiqəsi verildi

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan kapitanı Elçin Ağayevin övladı Şuşaya şəxsiyyət vəsiqəsi verilib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Şuşa Elçin qızı Ağayeva yanvarın 22-də Cəlilabad rayonunda dünyaya göz açıb. Körpəyə bu ad şəhid atasının bir zamanlar həsrətini çəkdiyi Şuşa şəhəri ilə əlaqədar qoyulub.

Şuşa şəhidin üçüncü övladıdır.

Xatırladaq ki, E.Ağayev 2020-ci il sentyabrın 27-də – Vətən müharibəsi başlayanda torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.

E.Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Check Also

İzmitdə Polad Həşimovun adına park açılacaq

Kocaeli Heydər Əliyev Kültür Evi ilə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) …