Çərşənbə axşamı , 29 Aprel 2025
Drone Cameras

Vanqanın koronavirus və toqquşma öngörüsü açıqlandı

Dünyaca məşhur baxıcı Vanqa 2020-ci ildə yerin asteroidlə toqquşacağını deyib.

Boyukmillet.com xəbər verir ki, bu məlumatı bir vaxtlar baxıcının tanışı olmuş jurnalist Sergey Kostornoy yayıb.

Onun sözlərinə görə, Vanqa asteroidlə toqquşmanın bir gündə beş 2 rəqəmi olan tarixdə (22.02.2020 və 22.12.2020) baş verəcəyini bildirib.

“Planetar fəlakət baş verəcək – naməlum epidemiya və dağıdıcı nəticələrə səbəb olacaq naməlum kosmik obyektlə toqquşma. Əgər bəxtimiz gətirsə, o yanımızdan keçəcək, amma yenə də sunami, zəlzələlər olacaq. Vanqa dedi: qara kül Yeri və Günəşi örtəcək, çaylar məcrasından çıxacaq. Hətta o yandan ötüb keçsə belə, nəhəng ərazilər Yer üzündən silinəcək”, – jurnalist deyib.

Qeyd edək ki, “naməlum epidemiya” ilə Vanqanın koronavirusu nəzərdə tuta biləcəyi ehtimalı istisna edilməyib.

Check Also

Tofiq Yaqubluya dəstək üçün aclıq kampaniyası başlayıb

Dünya Azadlıq Konqresi Tofiq Yaqublu ilə əlaqədar qətnamə qəbul edib 29 gündür həbsinə etiraz olaraq …