Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Vaşinqtonda Ermənistanın hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib

Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.

“Report”un ABŞ bürosu xəbər verir ki, soydaşlarımız əllərində Azərbaycan və Türkiyə bayraqları, ingilis dilində şüarlar yazılmış plakatlarla Ermənistanın ABŞ-dakı səfirliyinin binasının önündə toplaşıblar.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycanındır”, “Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk etməlisən!”, “Ermənistan müharibə cinayətkarıdır”, “Müharibəyə son” şüarları səsləndirib, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb ediblər.

Şüarlarda bölgədə sülhün bərqərar olmasına əngəllər yaradan Ermənistanın dünya ictimaiyyəti tərəfindən qınanılması tələb olunub.

İki saat davam edən aksiya zamanı ABŞ polisi həmvətənlərimizin təhlükəsizliyini qoruyub. Aksiya insidentsiz başa çatıb.

Check Also

Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald …