Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Venesiya yenidən su altında qala bilər

Bu gün Venesiyada yenidən suyun səviyyəsi pik həddə çata bilər.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Venesiyada su səviyyəsinin 160 santimetrə qədər yüksələcəyi gözlənilir.

Şəhərin 77 faizinin su altında qalacağı proqnozlaşdırılır. Venesiya meri Luici Brunyaro mərkəzi San-Marko meydanının bağlandığını bildirib. Dünən İtaliya Mülki Müdafiə Xidməti L. Brunyaronu şəhərin bərpası üzrə fövqəladə komissar təyin edib. İtaliya hökuməti subasmanın ilkin nəticələrinin aradan qaldırılması üçün 20 milyon avro ayırıb, kreditlərin müddəti bir il dondurulub.

Check Also

Azərbaycan gömrükçüləri xəz dəri məmulatları aşkar edib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xəz dəri məmulatlarının qanunsuz yolla ölkə …