Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Viktor Orban Şuşadakı tədbirdə iştirakına görə tənqid edilib

Borell: “O, həmin sammitdə ittifaqı təmsil etmək mandatı almayıb”

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borell (Josep Borrell) Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (OTS) zirvə toplantısına getməsinə görə tənqid edib.

Bildirib ki, o, həmin sammitdə ittifaqı təmsil etmək mandatı almayıb.

İyulun 5-də Viktor Orban Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirak etmək üçün Şuşa şəhərinə gəlib.

Viktor Orban Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlət başçılarının qeyri-rəsmi sammitində. Foto: Azərtac

Borell “X” sosial platformasında yazıb ki, Avropa İttifaqı Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır.

Şuşadakı iclasda çıxış edən Macarıstanın Baş naziri Qərb və Şərq arasında əməkdaşlıq üçün çox mühüm təşkilat” kimi gördüyünü bildirib. O, həmçinin “regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə” görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

İyulun 5-6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz arasında Qarabağ bəyannaməsi imzalanıb.

Macarıstan və Türkmənistan tədbirdə müşahidəçi üzv kimi çıxış ediblər.

Tədbirdə nəqliyyat əlaqələrinin gücləndirilməsi və iqlim dəyişiklikləri ilə mübarizə məsələləri də müzakirə olunub.

Check Also

Əl-Caber: COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi impulsun saxlanmasında böyük rol oynayacaq

Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyadan ibarət COP üçlüyü iqlim dəyişikliyi ilə mübarizədə siyasi …