Bazar ertəsi , 20 Mart 2023

Vilayət Eyvazov mayoru rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Toğrul Hüseynov Abşeron Rayon Polis İdarəsinin (RPİ) Qobu Polis Bölməsinin (PB) rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Qobu PB sabiq Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə yaradılıb. 2019-cu ilin mayın 11-də bölmənin inzibati binasının açılışı olub.

T.Hüseynov daha əvvəl Yasamal RPİ-də işləyib.

Check Also

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Boyukmillet.com paylaşımı …