Cümə , 13 Dekabr 2019
Home » Dünya » Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu – Foto+Video

Vilayət Eyvazov Pərvinlə videosu yayılan polisi işdən qovdu – Foto+Video

Aktrisa Pərvin Abıyeva ilə görüntüləri yayılan polis əməkdaşı xidmətdən xaric edilib.

“Boyukmillet.com” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, bir neçə gün öncə bəzi xəbər saytlarında və sosial şəbəkələrdə təmtəraqla keçirilən ad günündən videogörüntülər paylaşılıb: ““Bu da aktrisa Pərvin Abıyevanın paqonlu sevgilisi” başlığı ilə yayılan həmin görüntülərdə üzərində polis geyim forması və atributları əks olunmuş tort, habelə məclisdə polis əməkdaşına yaraşmayan çılğın hərəkətlər diqqət çəkir.

DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. O da məlum olub ki, həmin şəxsin xidməti fəaliyyəti də qeyri qənaətbəxşdir”.

Məlumatda həmçinin qeyd olunur ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Qeyd edək ki, Murad Abdullayev bir neçə aydır ki, aktrisa Pərvin Abıyeva ilə sevgilidir

Check Also

125 dairənin az qala hamısından namizədlər irəli çıxaran müxalifət partiyaları – yetərli kadr potensialı ortaya qoya biləcəklərmi…

Məlum olduğu kimi, bir çox müxalif partiya seçkilərdə iştirakını bəyan edib. Ancaq onların böyük əksəriyyətinin …