Cümə , 19 İyul 2024
Drone Cameras

Vladimir Putin bu gün xalqa müraciət edəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün yerli vaxtla saat 09.00-da xalqa müraciət edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidmətindən bildirilib.

V.Putinin müraciətinin mətni və mövzusu barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Check Also

Ermənistan MN-də ABŞ ordusunun nümayəndəsi çalışacaq

ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində (MN) çalışacaq. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət …