Çərşənbə axşamı , 31 Mart 2020
Home » Dünya » Vuhanda virusa yoluxma və ölüm ilk dəfə tam dayandı – Çin bacardı

Vuhanda virusa yoluxma və ölüm ilk dəfə tam dayandı – Çin bacardı

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 8 nəfər artıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, virusa yoluxanların sayı 34 nəfər artıb, daha 819 nəfər sağalıb.

Bu halda ölkədə epidemiyanın episentri olmuş Uhan şəhərində hər hansı yoluxma və ya ölüm qeydə alınmayıb.

Ölkədə epidemiyaya yoluxanların ümumi sayı 80,9 min nəfərə çatıb, onlardan 70,4 min nəfəri sağalıb, 3 245 nəfər ölüb. Yenilənmiş məlumatlara əsasən, Çin üzrə virusdan ölüm faizinin rəsmi göstəricisi 4% təşkil edir.

Check Also

Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümüdür. Soyqırımından 102 il ötür. 1918-ci …