Şənbə , 2 İyul 2022
Home » Cəmiyyət » Vüsal Quliyev: Maarifləndirmə tədbirləri davam etdiriləcək

Vüsal Quliyev: Maarifləndirmə tədbirləri davam etdiriləcək

Konfranslar yekunlaşdıqdan sonra da QHT-lər və ictimai şuraların birgə fəaliyyəti üçün maarifləndirmə tədbirləri davam etdiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Lənkəran şəhərində keçirilən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında bildirb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq bildirib ki, konfranslar yekunlaşdıqdan sonra da QHT-lər və ictimai şuraların birgə fəaliyyəti üçün maarifləndirmə tədbirləri davam etdiriləcək. Çünki vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lər və ictimai şuralar birgə fəaliyyət göstərməli və bu sahənin inkişafı üçün çalışmalıdırlar.

Check Also

SOCAR-ın İDARƏ RƏİSİ 97 MİN DOLLAR BORCU NİYƏ QAYTARMIR?

Vüqar Haqverdiyev: “Fəxri Haqverdiyev mənə dedi ki, sizin kimi tulaların sözü ilə heç kim məni …