Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Xətai rayonu prokurorun qanunsuz fəaliyyəti…

“İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı Xətai rayon prokurorunun qanunsuz hərəkətləri ilə bağlı, baş prokurora müraciət ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir:

MÜRACİƏT

Cənab Baş Prokuror!

Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Yusifov Ceyhun Salman oğlu tərəfindən öz həyat yoldaşı Fərqanə Yusifovaya bıçaqla qəsdən xəsarət yetirməsi faktı ilə bağlı cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş və polis müstəntiqi Tofiq Namazovun icraatında olmuşdur. Maraqlıdır ki, Yusifov Ceyhun Salman oğlu ağır cinayət törətməsinə baxmayaraq, bu günə qədər heç bir məsuliyyətə cəlb olunmamış, haqqında hər hansı prosessual qərar qəbul olunmamışdır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.1-ci maddasinə görə Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.

Həmin Məcəllənin 37.3-cü maddəsinə görə İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.

Həmin Məcəllənin 37.6-cı maddəsinə görə Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ictimai təhlükəlilik xarakterinə görə ağır cinayətlər kateqoriyasına aiddir. Bu kimi əməllər üzrə zərərçəkmiş şəxsin şikayəti olmasa da, cinayət təqibi davam etdirilir.

Xətai rayon prokuroru Sərdar İmanov istintaqa prosessual nəzarəti həyata keçirən vəzifəli şəxs kimi qanunvericiliyin elementar normalarını unudaraq ağır cinayət üzrə istintaq işinə hansı əsasla xitam vermişdir. Bu məsələ qaranlıqdır.

Cinayət işinin başlanması haqqında qərarda Ceyhun Yusifov tərəfindən ağır cinayətin törədilməsi öz təsdiqini tapdığı halda ona qarşı hansı səbəbdən ittiham irəli sürülməməsi hüquqi cəhətdən qeyri-müəyyəndir. Maraqlı təcrübə yaranır.

Hörmətli Baş Prokuror, ümid edirik ki, bu işi nəzarətə götürəcəksiniz və Xətai rayon prokurorluğunun hərəkətsizliyi barədə də xüsusi araşdırma apartdıracaq.

Qeyd: Vəkillər Kollegiyasının sədri Anar Bağırova yaxınlığı ilə seçilən vəkillər Ceyhun Yusifovu müdafiə etməkdən ötəri dəridən-qabıqdan çıxırlar, amma Kollegiyanın önündə özünə qəsd edən vəkil Zaur Məmmədovun işinin obyektiv araşdırılması üçün heç bir hərəkət etmirdilər.

Mirağa Qafarov

Check Also

“Kərə yağı” etiketi altında satılan “xəstəliklər”

Mütəxəssislər deyir ki, işbazlar ölkədə müstəqil laboratoriyanın olmamasından istifadə edirlər “Sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan …