Çərşənbə axşamı , 16 Avqust 2022
Home » İncəsənət » Xalq artisti Eldar Quliyev vəfat edib

Xalq artisti Eldar Quliyev vəfat edib

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Bu barədə “Report”a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, Xalq artisti bu gün səhər dünyasını dəyişib.

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Check Also

Əlli dörd gün erməni mühasirəsində qalmış şəxslərin həyatı ilə bağlı ssenari birinci yerə çıxıb

“Supəri” ssenarisi 1993-cü ilin aprel-may aylarında Laçın-Kəlbəcər rayonları ərazisində 54 gün mühasirədə qalmış Azərbaycan hərbçiləri …