Cümə axşamı , 1 Dekabr 2022
Home » Mədəniyyət » Xalq artisti Vaqif Mustafayev “Ən yaxşı rejissor” mükafatı ilə təltif olunub

Xalq artisti Vaqif Mustafayev “Ən yaxşı rejissor” mükafatı ilə təltif olunub

Türkiyənin Bursa şəhərində keçirilən İkinci “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalında təşkil olunan müsabiqədə nümayiş etdirilən Azərbaycan filmləri böyük maraqla qarşılanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə festivalın bağlanış mərasimindəki çıxışlarda bildirilib.

Münsiflər heyəti Xalq artisti Vaqif Mustafayevi “Ən yaxşı rejissor” mükafatı ilə təltif edib. Kinorejissor bu mükafata Festivalın yarışmasında iştirak edən “Həyat, deyəsən, gözəldir” filminə görə layiq bilinib.

Xatırladaq ki, Festivalda Azərbaycandan “Dalan” (Teymur Şahinoğlu) filmi də liderlik uğrunda mübarizə aparıb. Müsabiqədən kənar isə “Dəli Kür” (bərpa olunmuş versiya) və “Hotel otağı” filmləri nümayiş olunublar.

Digər naminasiyalar üzrə də mükafatlar qaliblərə təqdim olunub.

Mərasimdə elan edilib ki, Üçüncü “Qorqud Ata” film festivalına Azərbaycan ev sahibliyi edəcək.

Festivalın simvolu nazir Anar Kərimova təqdim olunub.

Nazir çıxışında bütün iştirakçıları işğaldan azad edilmiş tarixi Azərbaycan torpağı – Şuşada keçiriləcək film festivalında görmək istədiyini ifadə edib.

Rəsmi hissədən sonra Xalq artisti Azərin möhtəşəm konsert proqramı ilə kino gecəsindəki ovqatı daha yüksəyə qaldırıb.

Check Also

Cahangir Novruzov: “Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək həyasızlıqdır”

“Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək tərbiyəsizlik, həyasızlıqdır”. Bunu “Report”a müsahibəsində …