Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Xarici işlər naziri Ərtoğruloğlu Londonda görüşlər keçirib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu 3-7 mart tarixləri arasında Londonda bir sıra görüşlər keçirib.

Ərtoğruloğlu səfəri çərçivəsində Böyük Britaniya Parlamentinin ŞKTC Dostluq Qrupu və Böyük Britaniya parlamentindəki müxtəlif siyasi partiyalardan olan millət vəkilləri ilə görüşlər keçirib.

Beyin mərkəzlərində keçirilən dəyirmi masalara qatılan Ərtoğruloğlu Kipr məsələsi ilə bağlı danışıb, müxtəlif mətbuat qurumlarında bəziləri canlı yayımlanan müsahibələr verib.

Xarici işlər naziri Ərtoğruloğlu və xanımı Oya Ertuğruloğlu ŞKTC-nin London Nümayəndəliyi tərəfindən təşkil edilən 8 Mart – Beynəlxalq Qadınlar Günü tədbirində iştirak ediblər. Xarici İşlər Nazirliyi Üzvlər və Həyat Yoldaşları Dərnəyinin sədri Prof. Dr. Oya Ertuğruloğlu burada “Tarixi prosesdə Kipr Türk Birliyində qadınlar və davamlılıq” mövzusunda çıxış edib.

Xarici işlər naziri Ərtoğruloğlunu səfər zamanı Xarici İşlər Departamentinin baş direktoru Gizem Alpman, ŞKTC-nin London təmsilçisi Çimen Keskin, Tanıtım Departamentinin direktoru Bahar Öztay, Xarici İşlər Departamentinin Siyasi Məsələlər üzrə direktoru Aysan Mollahasan Atılgan və ŞKTC London təmsilçisinin əməkdaşları müşayiət edib.

Check Also

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Türkiyə Xarici İşlər Nazirliyi Krım yarımadasının qanunsuz ilhaqının 11-ci ildönümü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com …