Çərşənbə , 25 May 2022
Home » Region » Xarkova kassetli raket atılmasına komandanlıq edən Rusiya generalının adı açıqlanıb

Xarkova kassetli raket atılmasına komandanlıq edən Rusiya generalının adı açıqlanıb

Ukraynanın Xarkov vilayətinin qadağan olunan kassetli sursatlarla atəşə tutulması əmrini Rusiya ordusunun general-polkovniki Aleksandr Juravlyov verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.

Bildirilib ki, onun əmri ilə Rusiya ordusu Ukraynanın ikinci ən böyük şəhəri sayılan Xarkovda yaşayış məhəllələrinə “Smerç” reaktiv yaylım atəş sistemindən kasset başlıqlı 300 mm mərmilərini atıb. Bu mərmilər futbol meydançası sahəsi ölçüsündə 72 döyüş elementi üzrə 32 832 qəlpə buraxır. Bu silah vasitəsilə Xarkovda evlər dağıdılıb, qəlpələr insanları öldürüb, yaralayıb.

CNN fevralın 27-28-də Xarkova 11 “Smerç” raketinin atıldığını bildirib. Bu raketlərin hamısı Rusiyanın Belqorod şəhərində yerləşən 79-cu reaktiv artilleriya briqadasına məxsusdur. Bu ordu hissəsi Rusiyanın Qərb Hərbi Dairəsinə daxildir. Ona general-polkovnik Aleksandr Juravlyov komandanlıq edir.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi Suriyada da kassetli sursatlardan istifadə edib. Suriyanın Hələb şəhəri kimi, Xarkov da Rusiya hərbçilərinin “Smerç” atəşinə məruz qalıb. Hələbin raket atəşinə tutulmasına Juravlyov başçılıq edib. Rusiya Müdafiə Nazirliyi onda Hələbi raket atəşinə tutmasını təkzib etmişdi.

Check Also

NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb

Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, ondan əvvəlki bütün silahlı münaqişələr kimi danışıqlar masası …