Çərşənbə , 12 Noyabr 2025
Drone Cameras

XİN başçısı: İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir

İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi deyib.

O qeyd edib ki, İsrailin yeni hücumlarına İranın cavabı daha sərt olacaq.

Nazir söyləyib ki, bu gecə İran İsrailin yalnız hərbi obyektlərini hədəf alıb.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Check Also

Əkrəm İmamoğluna 2 min 352 ilə qədər həbs cəzası istənilib, 402 nəfərə ittiham irəli sürülüb

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun cinayət işi üzrə 402 …