Bazar ertəsi , 6 Fevral 2023

XİN rəhbəri: “Rəsmi Bakı İrəvanla münasibətlərin normallaşmasına töhfə verən aktorlara minnətdardır”

“Azərbaycan rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara minnətdardır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Əlavə təşəbbüslər və təkliflər haqqında danışarkən, təbii ki, bu prosesə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara çox minnətdarıq. Biz əlbəttə ki, fundamental normaları və beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq bunu müzakirə etməyə hazırıq. Yəqin ki, bütün iştirakçılar, bu prosesdə birbaşa və ya dolayısı ilə iştirak edənlərin hamısı Azərbaycan tərəfinin mövqeyinin çox ardıcıl, sistemli olduğunu təsdiq edə bilər.

Mənə elə gəlir ki, birincisi, tarixi ədalətə, ikincisi, beynəlxalq hüquqa söykənən mövqe qurmaq və səsləndirmək asandır. Biz bundan sonra da bu yola sa

Check Also

Britaniya səfiri “Atəşgah məbədi”ni ziyarət edib

“Əbədi odlar diyarı Abşeron yarımadası həqiqətən qədim tarixə malikdir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük …