Cümə axşamı , 1 Dekabr 2022
Home » Siyasət » Xomeyni İrana Fransadan gəldi və erməniləri müdafiə etdi – Əziz Ələkbərlidən mühüm tarixi açıqlama

Xomeyni İrana Fransadan gəldi və erməniləri müdafiə etdi – Əziz Ələkbərlidən mühüm tarixi açıqlama

Azərbaycan-Ermənistan sərhədlərini özünün qırmızı xətti hesab edən İranın molla rejimi Azərbaycana qarşı münasibətdə son zamanlar bütün qırmızı xətləri keçib. Əslində, İranın molla rejimi Azərbaycana və azərbaycanlılara qarşı həmişə düşmən münasibətdə olub. Bunu onun elə İrandakı 40 milyondan çox azərbaycanlıya qarşı münasibətində də aydın görmək olar. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən bu qədər azərbaycanlının etnik-mədəni hüquqlarını şovinistcəsinə tapdalamaq, danmaq faşizmdən başqa bir şey deyil və görünür, qardaş dedikləri ermənilərlə onları birləşdirən cəhətlərdən biri də elə budur.

Boyukmillet.com xəbər verir ki, bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

“Xüsusilə son 30 ildə – Ermənistan-Azərbaycan münaqişəsi başlayandan İranın molla rejimi açıq şəkildə Ermənistanın və erməni separatçılarının yanında durdu və onları müdafiə etdi. Ona görə də həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanı ərzaqla, yanacaqla, silah-sursatla təmin edən İranın əllərində 10 minlərlə şəhidimizin qanı var. “

Qərbi Azərbaycan icmasının sədri Şuşanın işğalında İranın günahkar olduğunu vurğuladı.

“1992-ci il mayın 8-də danışıqlar adı ilə Azərbaycan rəhbərliyini Tehrana aparıb, ölkəni başsız qoyub, elə həmin gün Şuşanın ermənilər tərəfindən işğalına şərait yaratdığına görə də İran günahkardır.Bir maraqlı məqama da diqqət çəkmək istərdim. Bu gün türk-müsəlman dünyasının iki qatı düşməni var: Fransa və Ermənistan. İran molla rejiminin banisi Xomeyni İrana Fransadan gəldi və erməniləri müdafiə etdi. Belə çıxır ki, bu rejim Qərb tərəfindən İrana və bölgəyə məqsədli şəkildə göndərilmiş bir agentura şəbəkəsi imiş.Və artıq bu gün İranın molla rejimi özünün cinayətlərinin bədəlini ödəyir. Öz xalqına qarşı cinayətlərin bədəlini ödəyir, Azərbaycana qarşı cinayətlərinin bədəlini ödəyir. Terrorçu Ermənistanı birmənalı şəkildə müdafiə etməsinin bədəlini ödəyir. İranın molla rejimi artıq bu gün içindən çürüyüb, üfunət verir və getməlidir. İran xalqları öz azadlığına qovuşmalıdır. Bu, tarixin hökmüdür.”

Check Also

Bir də gördün, İranda ordu xalqın tərəfinə keçdi…. – Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

“MƏZHƏB SEVGİSİ KOMMUNİSTLƏRIN PARTİYA SEVGİSİ KİMIDİR” Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az -a müsahibə …