Çərşənbə axşamı , 29 Sentyabr 2020
Home » Gündəm » Xudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Xudatda karantini pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin Yalama Polis Bölməsi əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, bölmə əməkdaşları Xudat stansiyasının inzibati ərazisində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, sahibi Vaqif Canbaxışov və orada olan dörd müştəri barəsində qanuna müvafiq qaydada tədbir görülüb.

Check Also

İraqlı deputat: “Azərbaycanın yanındayıq, xoş xəbərlər gözləyirik”

“Biz İraq türkmənləri olaraq azərbaycanlı qardaşlarımızın haqlı davasını dəstəkləyirik”. Bunu “Report”a açıqlamasında Ərbil şəhərindən İraq Türkmən Cəbhəsini (ITC) …