Bazar ertəsi , 13 İyul 2020
Home » Siyasət » YAP-dan qərargahların zəbt olunması xəbəri haqda AÇIQLAMA

YAP-dan qərargahların zəbt olunması xəbəri haqda AÇIQLAMA

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev bu günlərdə bəyan edib ki, partiyanın Binəqədi, Yasamal, Xətai və Nərimanov rayon təşkilatlarının köhnə qərargahları zəbt edilib. Lakin o, konkret ad çəkməyib. 

Bundan başqa, Tərtərin icra başçısı Müstəqim Məmmədovun YAP-ın yerli təşkilatının köhnə qərargahını ələ keçirərək villaya çevirdiyi barədə məlumatlar var.

Boyukmillet.com məsələ ilə bağlı YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri deputat Aydın Mirzəzadəyə müraciət edib. Deputatın cavabı lakonik olub. “Bu cür əsassız ittihamlara cavab verməyə ehtiyac görmürəm”, – deyə o bildirib.

Aydın Mirzəzadə qocaman YAP-çı Əli Əlirzayev və Musa Musayevin partiyanı kənardan gələnlərin idarə etməsi barədə fikirlərinə də toxunub. O bildirib ki, adıçəkilən şəxslərin YAP-ın fəaliyyətində xidmətləri olsa da, bu fikirləri ilə razılaşmır.

“YAP daima inkişaf edən, günün tələblərinə uyğun olaraq siyasətini yeniləyən, gəncləri sıralarına cəlb edən bir siyasi təşkilatdır. Artıq 28 ildir ki, partiya yaranıb. Şübhəsiz ki, yeni similar ortaya çıxacaq. YAP-ın rəhbər strukturlarında ilk gündən partiyada yer alanlar təmsil olunur. Eyni zamanda da partiya aparatında da ilk gündən təşkilatda olanlar, eyni zamanda sonradan gələnlər də var. Ona görə də adıçəkilən şəxslərin fəaliyyətinə və özlərinə hörmət etməklə yanaşı, hesab edirəm ki, YAP bu gün üzərinə düşən missiyanı şərəflə yerinə yetirir”, – deyə Aydın Mirzəzadə bildirib.

Check Also

Deputat Ermənistanın təxtibatından danışdı və beynəlxalq təşkilatları susmamağa çağırdı

“Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatın qarşısını böyük …