Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Siyasət » YAP Veteranlar Şurasının sədri və müavininin səlahiyyət müddəti müəyyənləşib

YAP Veteranlar Şurasının sədri və müavininin səlahiyyət müddəti müəyyənləşib

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının sədri və sədr müavininin səlahiyyət müddəti müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, bu barədə YAP Veteranlar Şurasının Əsasnaməsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Veteranlar Şurasının üzvləri, həmçinin sədri və sədr müavini YAP Sədrinin təqdimatı əsasında Qurultayın qərarı ilə beş il müddətinə seçilir və vaxtından əvvəl vəzifələrindən azad olunurlar.

Qeyd edək ki, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

Check Also

Qərbi Azərbaycan İcmasından”Qalib əsgərə, təşəkkür!”

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması 27 sentyabr – anım günü ilə əlaqədar tədbir …