Cümə , 12 Avqust 2022
Home » Cəmiyyət » Yasəmən Möhübbətqızı-“Qəzet həyatımızın aynasıdır”

Yasəmən Möhübbətqızı-“Qəzet həyatımızın aynasıdır”

Müdrik H.B.Zərdabi yazırdı: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun… yaxşı-yamanlığını aşkar eləsin. Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxanlar xalqı aynada görən kimi görsünlər”..

“Özüm mətbuat işçisi olaraq, bu sahədə çalışan, cəmiyyətə ayna olan imzaları diqqətlə izləyirəm.”

Qarabağdan, ölkədə baş verən siyasi proseslərdən, yoxsulluqdan, şəhid anasından, sevgidən, insani münasibətlərindən, cəmiyyətin sosioloji və psixoloji həyatından, günümüzün reallıqlarını əks etdirən ağrılı-acılı problemlərdən yazan, əli qələm tutan bu yolda qərəzsiz, mərdi-mərdanə şərəflə çalışan bütün “dördüncü hakimiyyət” nümayəndələrinin Milli Mətbuat Gününü təbrik edirəm.
Hər bir jurnalistin qələmi həm də onun qılıncıdır. Mətbuat ictimaiyyətin yeganə güvənc yeridir. Hamının sözünü və haqqını lazımi ünvanlara çatdıran da Mətbuatdır. Qısası, bizim qələmimiz bizim sözümüzdür. Qələminiz gücdən, sözünüz kəsərdən düşməsin, dəyərli media əhli. Sözün həqiqi mənasında Bayramınız mübarək olsun!”


Yasəmən Möhübbətqızı
Baş redaktor, AJB- nin üzvü.
Beynəlxalq Sülh Səfiri

Check Also

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub

Avqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin …