Cümə axşamı , 7 İyul 2022
Home » Xarici siyasət » Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yaxınlarda yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır: “Bu da onu göstərir ki, Azərbaycan hökumətinin dayanıqlı inkişafda sadəqəti çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrdən biri olacaq”.

Check Also

Ceyhun Bayramov AQEM-in icraçı direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) …