Çərşənbə , 5 Oktyabr 2022
Home » Təhsil » Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb

Yeni məktəbli formalarının qiymətləri müəyyənləşib və satışına başlanılıb.

Bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib.

O bildirib ki, satış bu gün səhər saatlarından başlayıb.

E.Əzimov qeyd edib ki, polo köynəklərin hamısının qiyməti 14 manat, şalvar və ətəklər 25 manatdır:

“Artıq bir neçə valideyn övladlarına geyim alıb. Biz bu il iki rəngdə, tünd-göy və boz rəngdə geyimlər hazırlamışıq. Geyimlər bu il yalnız 1-4-cü siniflər üçündür. Şagirdlər əvvəlki illərdəki formalarını da geyinə bilərlər”.

Hazırda satış yalnız Bakı Tikiş Evindədir, bir neçə gün sonra isə “Bravo” marketlər şəbəkəsində satış başlayacq.

Check Also

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə elm və …