Çərşənbə , 3 Mart 2021
Home » Qarabağ » Qarabağ » Yeni yaradılan Fondun fəaliyyət istiqamətləri AÇIQLANDI

Yeni yaradılan Fondun fəaliyyət istiqamətləri AÇIQLANDI

Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.
Boyukmillet.com  xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:1. müvafiq sahənin inkişafını təmin etmək;2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;4. işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;5. işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;6. işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Check Also

Qarabağda meşələrin bərpasına başlanılır

Yaz ağac əkini mövsümünə martın 9-da Zəngilan rayonundan start veriləcək. Meşələrin İnkişafı Xidmətinin rəisi Namik …