Bazar ertəsi , 20 Mart 2023

Yerə asteroid yaxınlaşır: Toqquşma riski var

Yerə nəhəng asteroid yaxınlaşır.

Boyukmillet.com-un xarici mətbuuata istinadən xəbərinə görə, hətta astronomlar onun Yer ilə toqquşma ehtimalını istisna etmirlər.

Asteroid planetimizə aprelin 29-da daha çox yaxınlaşacaq. Bu vaxt o, Yerdən 6,29 milyon kilometr məsafədə olacaq. Bu isə Yer kürəsindən Aya qədər olan məsafədən 16 dəfə çoxdur.

Buna baxmayaraq, asteroidin təhlükəli hesab olunmasının səbəbi onun uçuş trayektoriyasının Yer orbitinə keçməsi ilə əlaqədardır.

O, Günəş ətrafında 3,68 il ərzində tam dövr edir. NASA-dan bildirilib ki, 1998-ci ildə aşkar edilmiş kosmik obyektin diametri 1,8-4,1 kilometrdir.   /Cebhe.info/

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …