Çərşənbə axşamı , 2 Mart 2021
Home » Region » Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir

Yerevanda Paşinyan əleyhinə aksiya keçirilir

Ermənistan müxalifəti Yerevanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir.

Bu barədə “Boyukmillet.com” Ermənistan mətbuatına istinadən xəbər verir.

Avtomobil yürüşünün iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.

Check Also

Ermənistan müxalifəti Yerevanın mərkəzini yalnız Paşinyan getdikdə azad edəcək

Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən …