Şənbə , 28 May 2022
Home » Cəmiyyət » Yevlax Gənclər Evində qazilərlə görüş keçirilib

Yevlax Gənclər Evində qazilərlə görüş keçirilib

Bu gün mərkəzimizdə Vətən müharibəsi qaziləri Baxşəliyev Emin və Qnyazov Emin ilə “Qazilərin keçdiyi döyüş yolu və onunla bağlı xatirələr” adlı görüş keçirildi.

Boyukmillet.com xəbər verir ki, görüş zamanı #qazilərimiz müharibə xatirələrini bölüşərək torpaqlarımızın işğaldan azad olunması, cəbhə yoldaşlarının döyüş meydanındakı şücaəti və qəhrəmanlığı haqqında danışıblar.

Qeyd edək ki, qazi Baxşəliyev Emin 70 gün erməni əsirliyində olmuş, qazi Qnyazov Emin isə Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş və “Cəsur döyüşcü” ordeni ilə təltif olunmuşdur.

Check Also

Gəncə bölgəsində yaşayan əcnəbilərin inteqrasiyana dair müzakirələr aparılıb

Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …