Şənbə , 2 Dekabr 2023

Yevlaxda zəncirvari qəza olub, xəsarət alanlar var 

Yevlax rayonunda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində “VAZ-2107”, “Renault” və traktor toqquşub.

Nəticədə Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü N.İsmayılov və azyaşlı xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Bakının Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir …