Cümə , 19 İyul 2024
Drone Cameras

Yüksək səviyyəli görüşün iştirakçıları Zəngilanda aparılan bərpa işləri ilə tanış olublar

“COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşün iştirakçıları Zəngilanda aparılan tikinti və bərpa işləri ilə tanış olublar.

Boyukmillet.com xəbər verir ki, görüş iştirakçıları əvvəlcə tədbirin qalan panel müzakirələrinin aparıldığı Konqres Mərkəzi Kompleksinə baş çəkiblər.

Qonaqlar şəhər işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il aprelin 26-da təməli qoyulmuş Zəngilan məscidində olublar.

Onlar bu yaxınlarda Zəngilan rayonunun eyniadlı “ağıllı kəndi”ndə istifadəyə verilmiş “Ağalı” hotelində olublar.

Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda görülən işlərdən ətraflı danışıb, görülən işlərin sürəti və miqyası ilə tanış olmaları üçün qonaqlara videoçarx nümayiş etdirib.

Check Also

Özünü yandıran qazi dünyasını dəyişdi – FOTOLAR

Ağstafada özünü yandıran qazi ölüb. Boyukmillet.com xəbər verir ki, Ağstafa rayon sakini  – 1992-ci il …