Cümə axşamı , 21 Oktyabr 2021
Home » hadisə » Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.

Boyukmillet.com xəbər verir ki, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, o, sentyabrın 24-də batmışdı.

Check Also

Xocavənd polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarlayıb

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilən ərazilərində düşmənin tərk etdiyi …