Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Zəngilan Rayon Polis Şöbəsi Zəngilan şəhərinə köçürülüb.
Boyukmillet.com-un əldə etdiyi məlumata görə, hazırda polis rəisi, polis polkovniki Bəkir Cabbarov Zəngilan şəhərindədir.
B.Cabbarov həm də rayonun müvəqqəti komendantı təyin olunub.