Şənbə , 25 Sentyabr 2021
Home » Hərbi » Zakir Həsənov poliqona gedib, hərbçilərin atış məşğələlərini izləyib

Zakir Həsənov poliqona gedib, hərbçilərin atış məşğələlərini izləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər.

Boyukmilleüt.com xəbər verir ki, müdafiə nazirinə məruzə olunub ki, təhsil prosesi çərçivəsində ən yeni nəsil texnikanın istifadəsi üzrə keçirilən dərslərə xüsusi diqqət yetirilir. Bildirilib ki, kurslar zamanı hərbi qulluqçular qoşunların silahlanmasında olan müasir döyüş vasitələrinin taktiki-texniki xüsusiyyətlərini və istifadə qaydalarını öyrənirlər.

Eyni zamanda hərbi qulluqçular silah və hərbi texnikanın digər müasir nümunələrini də öyrənir, taktikada və döyüş hazırlığının digər fənlərində öz vərdişlərini təkmilləşdirirlər. Qeyd edilib ki, kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.

Sonda müdafiə naziri hərbi qulluqçuların tank və piyada döyüş maşınlarında yerinə yetirdikləri təlim tapşırıqlarını və atış məşğələlərini izləyib.

Check Also

Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə yarışları yekunlaşıb

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, …