Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Zakir Həsənovdan erməni təxribatları ilə bağlı göstəriş

Müdafiə naziri Zakir Həsənov orduya Ermənistan tərəfindən törədilə biləcək təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olmaq barədə göstərişlər verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazir MN-də keçirilən kollegiya iclasında bildirib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.

Check Also

Zakir Həsənov Qazaxıstana səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik …