Bazar ertəsi , 24 Fevral 2020
Home » Siyasət » Zaxarovadan Ərdoğana: Qəbul etmirik!

Zaxarovadan Ərdoğana: Qəbul etmirik!

Rusiya Xarici İşlər Nazirliyi İdlibdə dinc əhalinin hədəf alınması ilə bağlı Türkiyənin ittihamlarını qəbul etmir.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, təmsil etdiyi nazirlik Türkiyə-Rusiya arasında fikir ayrılıqlarını inkar etmir və məhz bu səbəbdən rusiyalı ekspertlər bu yaxınlarda Türkiyə tərəfi ilə görüşərək danışıqlar aparıblar.

Zaxarova növbəti belə görüşün olacağını istisna etməyib.

Qeyd edək ki, Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan Rusiya və Əsəd rejiminin İdlibdə dinc sakinləri hədəf aldığını söyləmişdi.  /Axar.az/

Check Also

Prezident ona orden verdi – SƏRƏNCAM

Boyukmillet.com -un məlumatına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli …