Şənbə , 3 İyun 2023

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb, qərar aprelin 1-də “Rəsmi Gazete”də dərc olunub.

Boyukmillet.com xəbər verir ki, Madrid razılaşmasına əsasən, vədlər yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub.

Məlumatda Finlandiyanın terrora münasibətinin Türkiyə tərəfindən nəzarətdə saxlanıldığı bildirilib.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Finlandiyanın NATO-ya daxil olmasını martın 31-də təsdiqləyib. Parlamentdə qəbul edilən qanun “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib. Qərar rəsmiləşdikdən sonra Finlandiyanın NATO-ya üzvlük prosesi Brüsseldə davam edəcək.

Bundan əvvəl NATO-ya üzv olan 29 ölkə Finlandiyanın üzvlüyünü qəbul etmişdi.

Check Also

Prezident İlham Əliyev Azərbaycan və İsrail arasında imzalanan sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində …