Şənbə , 3 İyun 2023

Mədəniyyət

Əməkdar artist vəfat etdi

Kinorejissor, əməkdar artist Elxan Qasımov vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, Elxan Qasımov uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.

Read More »

Azərbaycanın bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb

“Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb”. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur: “ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”. …

Read More »

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib. Bu barədə İcmadan bildirilib. Belə ki, Qərbi Azərbaycan İcması 27 mart 2023-cü il tarixində UNESCO-ya müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. İcma bu mövzuya beynəlxalq diqqəti …

Read More »

Rəsul Rzanın ev-muzeyinin təmiri üçün tender elan olunacaq

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın Bakının mərkəzində yerləşən ev-muzeyinin təmir və bərpası ilə əlaqədar tender elan olunacaq. Bunu “Report”a açıqlamasında R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. O bildirib ki, məsələ ilə bağlı ciddi yenilik yoxdur: “Mədəniyyət Nazirliyindən mənə zəng etmişdilər. Bildirdilər ki, muzeyin təmiri üçün tender elan olunmalıdır. Tenderdən sonra təmirə başlayacaqlar”. Qeyd edək …

Read More »

Səyyad Ağbabalının “Ağbaba” kitabının təqdimatı olub

Bu gün tanınmış jurnalist Səyyad Ağbabalının çapdan çıxan növbəti kitabı – “Ağbaba” poemasının təqdimat mərasimi baş tutub. Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən təqdimat mərasimində ictimai-siyasi xadimlər, ziyalılar, yazıçılar, müəllifin sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Kitabın ön səhifələrində Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan haqqında müxtəlif vaxtlarda söylədiyi fikirlər, habelə Prezident İlham Əliyevin Qərbi …

Read More »

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023”ün açılışında süni intellekt sənətçisi təqdim edilib

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib. Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı …

Read More »

“Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi açılış mərasimi keçirilib

Bu gün Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” AzərbaycanPrezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə …

Read More »

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Boyukmillet.com xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” …

Read More »

“Azdrama”ya direktor əvəzi təyin olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub. Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, direktorun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub . Qeyd edək ki, əməkdar mədəniyyət işçisi İ.Əsgərov 28 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tətbiqi incəsənət, teatr və konsert işləri üzrə prodüser fakültəsini, 2006-cı ildə teatr …

Read More »

Azərbaycanda 1500 yaşlı tarixi məbəd baxımsız vəziyyətdədir

Qax rayonunda yerləşən tarixi Ləkit məbədi baxımsız vəziyyətdədir. Bu barədə “Report”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, zaman-zaman təbii təsirlərə məruz qalan 1500 yaşlı bu abidə uzun müddət baxımsız qaldığından yararsız vəziyyətə düşüb. Ona görə də, məbədin hazırda təmirə ehtiyacı var. Sakinlər söyləyib ki, əgər təmir işləri aparılmazsa tarixin izlərini daşıyan bu əhəmiyyətli abidə tamamilə dağıla bilər. Qax …

Read More »