Cümə , 12 Aprel 2024

Mədəniyyət

Əməkdar artist Tünzalə Əliyeva vəfat edib

Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib “Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, – A. Bürcəliyev qeyd edib. Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət …

Read More »

Türkiyədə tanınmış teatr rejissoru Tofiq Kazımovun 100 illiyi qeyd edilib

Beynəlxalq Türk Mədəniyyət Təşkilatında (TÜRKSOY), Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə ölkəmizin tanınmış teatr rejissoru Tofiq Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları öncə Tofiq Kazımovun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki …

Read More »

Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir. Boyukmillet.com xəbər verir ki, yubiley mərasiminin təşkilatçıları Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Azərbaycanın müvafiq qurumlarıdır. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, teatrşünaslar, T.Kazımovun sənət yoldaşları iştirak edirlər. TÜRKSOY-un baş katibi Sultan Rayev çıxışında bildirib ki, T.Kazımov dünyada tanınan …

Read More »

Qarabağda maddi mədəniyyət nümunələrinin siyahıya alınmasına başlanılıb

Qarabağdakı maddi mədəniyyət nümunələrinin siyahıyalma işləri başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib. Şöbə müdiri bildirib ki, bununla bağlı Türkiyə ilə əməkdaşlıq edilir: “Türkiyənin təcrübəsindən faydalanmaqda maraqlıyıq”.

Read More »

Elbay Qasımzadədən tənqidlərə münasibət: “Elçin Əliyev adlı memar tanımıram”

“Mən Elçin Əliyev adlı memar tanımıram”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə E.Əliyevin İttifaqın fəaliyyətini tənqid edən fikirlərinə münasibət bildirərkən deyib. Qeyd edək ki, E.Əliyev sosial media hesabında Memarlar İttifaqının fəaliyyətini sərt şəkildə tənqid edib. Memarlıq üzrə elmlər doktoru E.Əliyev 2012-2017-ci illərdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin müavini olub.

Read More »

Azərbaycanın mədəniyyət naziri UNESCO-ya çağırış edib

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov UNESCO-ya çağırış edib. Boyukmillet.com-un xəbərinə görə, A.Kərimov UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışında deyib ki, ərazilərimiz azad ediləndən sonra Azərbaycan …

Read More »

Cahangir Novruzov: “Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək həyasızlıqdır”

“Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək tərbiyəsizlik, həyasızlıqdır”. Bunu “Report”a müsahibəsində Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. “Bu gün Azərbaycanın ruhu, siyasəti həqiqətən yüksək səviyyədədir. Ancaq çevrədəki əyri aynalar o yüksək ruhu yaşamağa icazə vermir. Bir sıra sahələrdə əksikliklər tapılır, həbslər həyata keçirilir, …

Read More »

Stalinin Lənkəranda cəza çəkdiyi “Zindan qalası” təmir olunacaq

Lənkəran şəhərində yerləşən “Dairəvi qala” ( “Zindan qalası”) abidəsi dövlət vəsaiti hesabına təmir olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli rəsmi KİV-ə bildirib. Xidmət rəisi vurğulayıb ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı və dövlət mühafizəsinə götürülən Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli “Dairəvi …

Read More »

“Yuxarı Gövhərağa məscidi” adlı sənədli film hazırlanıb

Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Yuxarı Gövhərağa məscidinə həsr olunmuş “Yuxarı Gövhərağa məscidi” sənədli filminin təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri və başqa qonaqlar iştirak edib. Filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır. Çıxış edən F.İsmayılov məscidin tarixi və erməni vandallığına məruz qalması ilə bağlı …

Read More »

Dövlət Xidmətinin rəisi bir sıra abidələrə baxış keçirib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bir sıra abidələrə baxış keçirib. Boyukmillet.com xəbər verir ki, ilkin olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən sənaye borusuna baxılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ələt azad iqtisadi zonası üzrə layihələndirmə işlərini aparan şirkətin əməkdaşları ilə birgə keçirilən baxış zamanı ətrafında tikinti işlərinin …

Read More »